Azərbaycanda məktəbli qızı qaçırdılar

Azərbaycanda məktəbli qızı qaçırdılar

Goranboy rayonunda azyaşlı qız qaçırılıb.Axeber.az-ın məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. İlkin məlumata görə 11-ci sinifdə təhsil alacaq (valideyinləri məktəbdən çıxarıb-red.) Elvina adlı qız mağazadan gələrkən qaçırılıb.Əldə etdiyimiz ilkin məlumatlara görə, hadisəni iki nəfər törədib və o şəxslərin hər ikisinin adı İlqardır. Onların yeznə qayın olduğu bildirilir. Həmin şəxslərdən biri kənd içində "Pişən" ləqəbi ilə çağrılır.Məhz "Pişən" məktəblini qaynı ilə birlikdə fiziki qüsurlu övladı üçün evlənmək məqsədi ilə qaçırıb.Hazırda Goranboy rayon Polis İdarəsinə məlumat verilib, faktla bağlı araşdırma aparılır.

Mənbə: BAKU.WS