Azərbaycanda müəllimlərdən valideynlərə qarşı hörmətsizlik - Hər kəs bu görüntülərdən danışır - FOTO

Azərbaycanda müəllimlərdən valideynlərə qarşı hörmətsizlik - Hər kəs bu görüntülərdən danışır - FOTO

“Bilik günü”ndə valideynlərə qarşı böyük hörmətsizlik edilib.

Axeber.az bildirir ki, Bakıda adı çəkilməyən bir orta məktəb binasının yaxınlığında qoyulan zibil qutularının fotosu çəkilib. Həmin qutuların hər tərəfindən gül buketləri sallanır.

Fotodan aydın olur ki, həmin gül buketləri “Bilik günü” sözügedən məktəbdə fəaliyyət göstərən qadın müəllimlərə tədqim olunub. Amma müəllimlər valideynlərin boğazından kəsib aldıqları gül buketlərini bəyənməyib zibil qutularına atıblar.

Bu foto sosial şəbəkədə paylaşılıb və böyük qınağa səbəb olub.

Mənbə: AzNews.az