Azərbaycanda polis yol qəzasında həlak oldu

Azərbaycanda polis yol qəzasında həlak oldu

Gəncədə polis əməkdaşı xidmət zamanı qəzaya düşərək həlak olub.

Axeber.az-ın məlumatına görə, DİN Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları "Fiat" markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis serjantı Renat Əliyev xəstəxanaya çatdırılanda dünyasını dəyişib.