Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub, 104 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.