Azərbaycanda sutka ərzində 2 735 yeni yoluxma faktı qeydə alındı

Azərbaycanda sutka ərzində 2 735 yeni yoluxma faktı qeydə alındı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 735 yeni yoluxma faktı qeydə alınıb, 1 374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.