Azərbaycanda tələbələrin bu xərcləri də qarşılanacaq

Azərbaycanda tələbələrin bu xərcləri də qarşılanacaq

“Təhsil Tələbə Kredit Fondu tərəfindən verilən kreditlər yalnız təhsil haqlarının ödənilməsi üçün nəzərdə tutulub”.

Axeber.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, bəzi ölkələrdə tələbələrin yataqxana, nəqliyyat və digər xərcləri də qarşılanır. Gələcəkdə Azərbaycanda da bu sistemin tətbiqi istisna deyil.