Azərbaycanda yüksək vəzifələri tutan xanım MƏMURLAR - SİYAHI 

Azərbaycanda yüksək vəzifələri tutan xanım MƏMURLAR - SİYAHI 

Bildiyimiz kimi, Azərbaycanda yüksək vəzifələrdə təmsil olunanların əksəriyyətini kişilər təşkil edir. Lakin son illərdə nazirliklərdə və digər dövlət qurumlarda təyinat alan xanımların da sayı artmaqdadır.

Axeber.az Azərbaycanda yüksək vəzifəyə təyin olunan xanımları təqdim edir:

İlhamə Qədimova - Kənd təsərrüfatı nazirinin müavini

Prezidentin yüksək vəzifə verdiyi xanım kimdir? -  FOTO

İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüququ üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.  İnam Kərimovun Kənd təsərrüfatı naziri təyin edilməsindən sonra, 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışır.

Günel Aslanova - Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri

Günel Səmədağa qızı Aslanova bu təyinatadək həmin şöbənin mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri kimi fəaliyyət göstərib.

Zəkiyyə Mustafayeva -  AQTA-nın Aparat rəhbəri

Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır.

Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Z. Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 Sevinc Həsənova - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini 

Azərbaycanda yüksək vəzifəli xanım məmura ağır itki - FOTO

 Sevinc Həsənova Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub. S.Həsənova Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

 Fərəh Əliyeva -  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri 

Prezidentin etimadını qazanan Fərəh Əliyeva kimdir?

Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.

1994-cü ildə "XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

"Azərbaycan musiqisində üslub axtarışları" elmi monoqrafiyasının, dərsliklərin ("Musiqi ədəbiyyatı", həmmüəllif A.Tağızadə, B., 1994; "Musiqi" həmmüəlliflər T.Babayeva, S.Qurbanəliyeva, B., 2001), çoxsaylı elmi məqalələrin müəllifidir. Tədqiqatçı kimi Fərəh Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. Onun Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, A.Əlizadə, F.Qarayev, F.Əlizadə, R.Həsənova, S.Ələsgərov, C.Cahangirov, T.Quliyev, R.Behbudov və başqa bəstəkarlar, ifaçılar haqqında məqalələri işıq üzü görüb.

2 may 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Professor Şirməmməd Hüseynovun qızıdır.

Nigar Məmmədova - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri

2018/10/IMG_7242_1538464915.jpg

Nigar Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib. MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropadaxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan və Litva Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olub, Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Umayra Tağıyeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycanda daha bir qadına yüksək vəzifə verildi - FOTO

Umayra Tağıyeva müxtəlif illərdə yüksək vəzifələrdə çalışıb.

 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018-ci ildən), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktorudur.

Yeganə MəmmədovaBeyləqan rayon icra başçısının müavini

Azərbaycanda daha bir qadına YÜKSƏK VƏZİFƏ VERİLDİ 

Səyyarə Məmmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə Səyyarə Məmmədova

Azərbaycanda bu qadına Nazirlikdə yüksək vəzifə verildi

Səyyarə Məmmədova bundan əvvəl ETSN-nin protokol sektorunun müdiri vəzifəsində çalışıb.

Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Suğra Məmmədova təyin olunub.

Nigar Abbasova