Azərbaycanın idman şöhrəti getdikcə artır

Azərbaycanın idman şöhrəti  getdikcə artır

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımızqazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel tarixində görüşündə səsləndirdiyi bu fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Macarıstanda keçirilmiş yarışlarda gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Hazırda beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxmağmız, ölkəmizin dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu İlham Əliyevin gənclər və idman siyasətinin ən böyük uğurlarından biridir.

Dövlət başçısı gələcək yarışlarda da Azərbaycanın birinci sıralarda olacağına əminliyini ifadə edib. Çünki idmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir. Hesab edirik ki, həmişə olduğu kimi, bu görüşdə səsləndirilən müddəalar Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisi kimi, ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviliyınə nail olmaqda, yeni idman uğurları qazanılmasında stimul olacaqdır.

Ərəstun Vəliyev, Cəlilabad RTŞ-nin metodisti