Azərbaycanlı musiqiçini kafedə belə öldürdülər - VİDEO

Azərbaycanlı musiqiçini kafedə belə öldürdülər - VİDEO

Azərbaycanlı Leninqradda DJ-i musiqi seçimini bəyənmədiyinə görə öldürüb.

Axeber.az bildirir ki, hadisə Leninqraddakı kafedə baş verib. 

Belə ki, kafedəki musiqini bəyənməyən qonaq dəfələrlə nalayiq ifadələrlə DJ-dən musiqini dəyişməsini tələb etsə də, rədd cavabı alıb. Bu zaman qəzəblənən qonaq bıçaq götürərək DJ-i ürəyindən yaralayıb.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, müstəntiqlər qətldə şübhəli bilinən azərbaycanlını axtarışa verib.

Mənbə: Oxu.az