Azərbaycanlı tanınmış aşıq vəfat etdi - meyiti Azərbaycana gətirilə bilmir

Azərbaycanlı tanınmış aşıq vəfat etdi - meyiti Azərbaycana gətirilə bilmir

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.

Axeber.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.

Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır

Aşıq Ulduz vəfat etdi - Yaxınları nəşi Azərbaycana gətirə bilmir