"Azəriqaz" cari ildə qeydə alınan yeni abonentlərin sayını açıqladı

"Azəriqaz" cari ildə qeydə alınan yeni abonentlərin sayını açıqladı

2020-ci ilin yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb.

Bu barədə Axeber.az-a "Azəriqaz" İB-dən bildirilib.

Məlumata görə, abonentlərin 7 467-si Bakı, Abşeron və Sumqayıt, 4 084-ü isə regionlar üzrədir. Beləliklə, hazırda Birlik üzrə 01.02.2020-ci il tarixə əhali qrupu üzrə qazdan istifadə edən 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 139-u Bakı şəhəri üzrədir.