Azərpaşa Nemətovla vida mərasimi keçirilib

Azərpaşa Nemətovla vida mərasimi keçirilib

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə vida mərasimi başa çatıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.