AzTV-nin əməkdaşına yeni vəzifə verildi

AzTV-nin əməkdaşına yeni vəzifə verildi

Jurnalist Samir Oruc yeni vəzifəyə təyinat alıb.

Axeber.az-ın məlumatına görə, o, Türkiyənin "Liv Hospital" beynəlxalq xəstəxana şəbəkəsinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "Liv Bona Dea Hospital"ın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, S.Oruc bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) çalışıb. O, "Xəbərlər" və "İctimai-siyasi proqramlar" redaksiyalarının müxbir və redaktoru kimi fəaliyyət göstərib. Telejurnalist, həmçinin "Telesəhər" və "İstehlakçı seçimi" adlı proqramların aparıcısı olub.