Bakı Avropa Liseyində Zəfər Gününə həsr edilən tədbir keçirilib - VİDEO

Bakı Avropa Liseyində Zəfər Gününə həsr edilən tədbir keçirilib - VİDEO

Bakı Avropa Liseyində 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfər tarixli doğma vətənim" adlı tədbir keçirilib.

"Postmedia.az" xəbər verir ki, mərasimdə liseyin direktoru Zülfiyyə Veysova, məktəbin müəllim kollektivi, şəhid anası - liseyin riyaziyyat müəllimi Gülnarə Quliyeva və şagirdlər iştirak ediblər.

Tədbirdə Vətən müharibəsində şəhid olan qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daha sonra Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova mərasim iştirakçılarını salamlayıb və bu əziz bayram münasibətilə hər kəsə xoş arzularını bildirib. O, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən danışıb.

Mərasimdə liseyin müəllimi - tədbirin təşkilatçısı Mətanət Abışovanın rəhbərlik etdiyi 3A1 sinfinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, Vətən müharibəsində Bakı Avropa Liseyinin müəllimi Gülnarə Quliyevanın oğlu Namiq Quliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib, II Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Namiq Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.