Bakı Dövlət Universitetinin tanınmış müəllimi koronavirusdan öldü

Bakı Dövlət Universitetinin tanınmış müəllimi koronavirusdan öldü

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev vəfat edib.

Bu barədə “Report”a onun tanışları məlumat verib.

Bildirilir ki, N.Nəbiyev koronavirus infeksiyasından dünyasını dəyişib. Onun 60 yaşı vardı. 

 

Naqif Nəbiyev

 

N.Nəbiyev 1977-1982-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.
2015-ci ildən Fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.