Bakı metrosunda saçyoldu: Sənəd verməyə gələn tələbəni atasının gözü qarşısında döydülər

Bakı metrosunda saçyoldu: Sənəd verməyə gələn tələbəni atasının gözü qarşısında döydülər

Bu gün səhər saatlarında Bakı metrosunda insident yaranıb.

Hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.

İnsident Qax rayonundan tələbə adını alan və Bakıya universitetə sənəd verməyə gələn tələbə ilə orta yaşlı qadın arasında yaşanıb.

Stansiyada qatar dayanan anda qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub.

Bunu görən ata qızını qadının əlindən almaq istəyib. Lakin qarşı tərəfdən tələbə qıza atılan yumruqların bir neçəsi kişiyə dəyib.

Qorxudan rəngi saralan tələbə gözyaşı içində üzünü atasına tutaraq “gedək buralardan” deyə qışqırıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadına izahat verməsini istəyib. (aznews.az)

Axeber.az