Bakı Şəhər İcra Hakimiyyətində yeni TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətində yeni TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Axeber.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də  BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyinat alıb.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.