Bakıda 15 məktəbdə istilik yoxdur - RƏSMİ

Bakıda 15 məktəbdə istilik yoxdur - RƏSMİ

Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.

Axeber.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.

O bildirib ki, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur:

“Məktəblərdə istilik problemlərinin həlli istiqamətində mütəmadi tədbirlər görülür. Bir müddət əvvəl istiliklə bağlı çox şikayət olurdusa, artıq onlar yavaş-yavaş azalıb”.

M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib:

“Problemlər müəyyən səbəblərdən yaranır, lakin onların həlli istiqamətində də mütəmadi addımlar atılır”.