Bakıda 87 yaşlı kişi və 78 yaşlı qadın ailə qurdu - FOTO

Bakıda 87 yaşlı kişi və 78 yaşlı qadın ailə qurdu - FOTO

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaşlar ailə qurub.

DOST-dan Axeber.az-a verilən məlumata görə, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.