Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO

Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO

Dünən səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Axeber.az xəbər verir ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza anının görüntülərini təqdim edirik:

Loading...