Bakıda dəhşətli qəzada ölən şagirdin anasına son mesajı hər kəsi göz yaşlarına boğduFOTOLAR

Bakıda dəhşətli qəzada ölən şagirdin anasına son mesajı hər kəsi göz yaşlarına boğdu – FOTOLAR

Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son mesaj ortaya çıxıb. 

Axeber.az-ın cebhe.info-ya istinadən əldə etdiyi məlumata görə, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib.

Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin tək övladı olub. Atası Bəxtiyar Sultanlı illərdir ki, Rusiyada çalışır. Deyilənə görə, son vaxtlar atanın ailəsi ilə əlaqəsi kəsilib. Ata qızının öldüyündən hələ də xəbərsizdir.

Xatırladaq ki, iki gün əvvəl Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib. Hadisə nəticəsində 11-ci sinif şagirdləri Tural Cabbarov və Dilarə Sultanlıdır. Hər iki şəxs aldıqları xəsarətlərdən vəfat ediblər.