Bakıda evə basqın zamanı ölən və yaralananların olması faktı ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bakıda evə basqın zamanı ölən və yaralananların olması faktı ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanların olması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Axeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.