Bakıda eyni yolda iki qəza - Yük avtomobili aşdı - FOTOLAR

Bakıda eyni yolda iki qəza - Yük avtomobili aşdı - FOTOLAR

Bakıda eyni yolda baş verən iki avtomobil qəzası tıxaca səbəb olub.

Bu barədə e-huquq.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Hadisə hava limanına gedən yolda qeydə alınıb.

Qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində qeydə alınıb. "Baku Ekspo Mərkəzi" yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.