Bakıda gecə baş verən atışma ilə bağlı YENİ FAKTLAR

Bakıda gecə baş verən atışma ilə bağlı YENİ FAKTLAR

Bakının Binəqədi rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar müəyyən edilib.

Axeber.az-ın məlumatına görə, xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır. //APA