Bakıda gənc oğlanın qətli ilə bağlı məhkəmə başlayır

Bakıda gənc oğlanın qətli ilə bağlı məhkəmə başlayır

Bakının Nizami rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Məhəmməd Məmmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axeber.az xəbər verir ki, cinayət işi baxılması üçün baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyunun 13-də, saat 23 radələrində 1998-ci il təvəllüdlü Murtuz Murtuzov Nizami rayonu ərazisində bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalarla zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzova öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Məmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Məhəmməd Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.