Bakıda havadan niyə ifunət qoxusu gəlir? - RƏSMİ AÇIQLAMA

Bakıda havadan niyə ifunət qoxusu gəlir? - RƏSMİ AÇIQLAMA

"Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı  ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən  yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən  kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir". 

Axeber.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin  rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb.

Sabah bu barədə daha dəqiq məlumat veriləcək.