Bakıda oğru istəyinə nail olmadı, qadınları döydü

Bakıda oğru istəyinə nail olmadı, qadınları döydü

Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.

Avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girən naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyərək hadisə yerini tərk edib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb. (qafqazinfo)

Axeber.az