Bakıda qadınlar arasında dava düşdü, 1 nəfər yaralandı

Bakıda qadınlar arasında dava düşdü, 1 nəfər yaralandı

Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.

Axeber.az-ın məlumatına görə, rayonun A.Heydərov küçəsi ev 26 ünvanının qarşısında Mənzər və Kəmalə adlı şəxslər Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Hümbətova Sima Abbasqulu qızını döyərək xəsarət yetiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
 

Mənbə: oxu.az