Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakının Sabunçu rayonunda bıçaq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Eynullayev Səfa Salubəli oğlu qardaşı ilə dava edib. Qardaşı onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./modern.az