Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO

Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO

Bakıda polislə sürücü arasında insident baş verib. 

Axeber.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub. 

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxladıq.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elmin Şinası oğlu idarə etdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:

“İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.

O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:

“Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.