Bakıda yaşayış binasında yanğın oldu - 1 nəfər tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında yanğın oldu - 1 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axeber.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...