Bakıda yaşlı qadına kömək üçün yaxınlaşdı, sonra oğurluq etdi - MƏHKƏMƏ

Bakıda yaşlı qadına kömək üçün yaxınlaşdı, sonra oğurluq etdi - MƏHKƏMƏ

Bakıda yaşlı qadına qarşı quldurluq edən Mirzə Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axeber.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Ramin Xəlilovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlii olacaq. 

Qeyd edək ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu il tarixində həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman o, xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.

Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 1771. (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.