Bakıda yük maşını avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - 5 ölü, 21 yaralı

Bakıda yük maşını avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - 5 ölü, 21 yaralı

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Axeber.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

İlkin məlumata görə, qəza nəticəsində hadisə yerində 5 nəfər həlak olub.