Bakıda yol qəzası sıxlığa səbəb oldu - FOTO

Bakıda yol qəzası sıxlığa səbəb oldu - FOTO

Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən axeber.az-a verilən məlumata görə, Sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin törətdiyi yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Sıxlıq bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.