Bakının qəsəbələrində yol probleminin həll olunacağı vaxt açıqlandı

Bakının qəsəbələrində yol probleminin həll olunacağı vaxt açıqlandı

2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq.

Axeber.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən brifinqdə bildirib.

“Paytaxtın qəsəbələrində qeyri-qanuni məskunlaşma nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib, həmin ərazilərin isə təbii ki, yolu yoxdur. Bəzən bu ərazilərə yol çəkdikdən sonra məlum olur ki, kommunikasiya xətləri çəkilməyib. Odur ki, çəkdiyimiz yolu yenidən sökməli oluruq. Bu isə işimizi ləngidir”, - o deyib.