Bal ayından qayıdarkən qəzaya düşdülər- Gəlin öldü

Bal ayından qayıdarkən qəzaya düşdülər- Gəlin öldü

Türkiyədə bal ayından qayıdan bəylə gəlin qəzaya düşüb.

Hadisə Aksaray-Nevşehir yolunda baş verib.

Cütlüyün içində olduğu avtomobil TIR-la toqquşub. Qəza nəticəsində 26 yaşlı gəlin Semra Yurtsevən  ölüb, əri Sefa Yurtsevən isə yaralanıb.

Qeyd edək ki, qəzaya baxmayaraq, TIR-ın sürücüsü Abdullah Ayaz yoluna davam edib. O, hadisənin baş verdiyi ərazinin 20 km uzaqlığında saxlanılıb. Sürücü hadisənin fərqində olmadığını bildirib. (qafqazinfo)

Axeber.az