Balakəndə iki azyaşlı qaynar suda yandı

Balakəndə iki azyaşlı qaynar suda yandı

Balakəndə iki azyaşlı qaynar suda yanıb.

Axeber.az-ın APA-ya istinadən məlumatına görə, yanvarın 24-ü axşam saatlarında rayonun Meşəşanbul kənd sakini, 2017-ci il təvəllüdlü Fatimə Sədrəddin qızı Koxayeva və Püştətala kənd sakini, 2017-ci il təvəllüdlü Şamil Musa oğlu Dikanayev yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı hər iki azyaşlının öz yaşadıqları ünvanda qaynar su olan qazana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub.