Bank soyğunu: Müştərilərin milyonları oğurlandı

Bank soyğunu: Müştərilərin milyonları oğurlandı
adv
adv

Avstriyadakı bir neçə bankda qeyri-adi qarət hadisəsi yaşanıb.


Axeber.az xəbər verir ki, peşəkar cinayətkar dəstə bütün elektron təhlükəsizlik baryerlərini aşıb, həmin banklarda müştərilərə məxsus seyflərə müdaxilə edərək bir neçə milyon avro dəyərində pul və qiymətli əşyaları oğurlayıb.

Məsələ ilə bağlı açıqlama verən polis silsilə oğurluq hadisələrinin oktyabr ayından baş tutduğunu bildirib.

Cinayətkar dəstənin gecə saatlarında bank seyflərinə dəfələrlə müdaxilə etdiyi deyilir.

Filiallarda heç bir güc tətbiqi baş vermədiyi üçün polis hadisə barədə yalnız seyf sahiblərinin şikayətindən sonra xəbər tutub.

Loading...