“Barselona” yeni baş məşqçisini rəsmən açıqladı

“Barselona” yeni baş məşqçisini rəsmən açıqladı

“Barselona” baş məşqçi postunda dəyişiklik edib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Belə ki, İspaniya Superkubokundakı uğursuzluqdan sonra Ernesto Valverde istefaya göndərilib. Onun əvəzinə isə bu posta Kike Setyen gətirilib. Yeni çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu gün klub Setyeni rəsmən təqdim edəcək.

Qeyd edək ki, Kike Setyenin son klubu "Betis" olub.