Baş infeksionistdən 5 günlük sərt qadağa ilə bağlı AÇIQLAMA

Baş infeksionistdən 5 günlük sərt qadağa ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Yoluxanların sayını azaltmaq üçün 5 gün müddətinə insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Axeber.az bildirir ki, bununla bağlı sonxeber.az-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, iyulun 5-nə kimi 8 rayon və şəhərdə sərt karantin rejimi elan edilib:

"Sərt karantin rejimin bitməsinə hələ bir neçə gün var. O müddət tamam olduqdan sonra nəticələrin təhlilinə görə bu barədə qərar verilə bilər. Qaldı ki, sərt karantin rejimi elan olunmasına baxmayaraq gündəlik yoluxmaların sayının 500-dən çox olmasına, virusun kliniki epidemoloji gedişatı bu cür olur. Gah azalır, gah artır. Əlbəttə bu məsələdə insanların məsuliyyətli olması vacibdir. İnsanlarımız qoruyucu tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdır.Təəssüf ki, bəzi insanlarımız Operativ Qərargahın qoyduğu qərarlara və verdiyi tövsiyələrə barmaqrası baxır. Əgər biz karantin rejiminin müsbət nəticəsini görmək istəyiriksə, o zaman qoyulan qaydalara verilən tövsiyələrə əməl etməliyik".