Baş Prokuror Netanyahuya qarşı 3 ittiham qaldırdı

Baş Prokuror Netanyahuya qarşı 3 ittiham qaldırdı

İsrailin Baş prokuroru Avihay Mandelblit Baş Nazir Binyamin Netanyahuya qarşı üç maddə üzrə ittiham irəli sürüb.

Axeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu rüşvət, korruspiya və vəzifəsindən sui-istifadədə günahlandırılır. Mandelblitin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilir.

Netanyahu isə solçu əleyhdarlarının və KİV nümayəndələrinin danışıqlarının qurbanı olduğunu bildirib.