Baş Prokurorluq: Bakıda intihar edən qadının şəxsi yazışmaları araşdırılacaq
Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Axeber.az-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.