Baş Prokurorluq: "Yevlaxda polisin məktəblini döyməsi araşdırılır"

Baş Prokurorluq: "Yevlaxda polisin məktəblini döyməsi araşdırılır"

Yevlax rayonunda polisin məktəblini döyməsi faktı araşdırılır.

Bu barədə Axeber.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanılıb.