Bayram günlərində işləyənlərin maaşı belə ödəniləcək - RƏSMİ

Bayram günlərində işləyənlərin maaşı belə ödəniləcək - RƏSMİ

Bəzi müəssisələrdə işçilər istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə də işləməli olurlar. Belə olduqda, həmin işçilərə əməkhaqqqı necə ödənilməlidir?


Axeber.az mövzu ilə bağlı araşdırma aparıb.

Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bu şəxslərə görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

- Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

 

Loading...