Beynəlxalq hüququn kağız üzərində olan ədaləti Ali Baş Komandanımız tərəfindən əməldə təmin edilir

Beynəlxalq hüququn kağız üzərində olan ədaləti Ali Baş Komandanımız tərəfindən əməldə təmin edilir
adv
adv

Diplomatiya və hərb komandanımız, Prezident İlham Əliyev beynəlxalq hüququn kağız üzərində olan ədalətini əməldə təmin edir.

AZƏRTAC xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlov bildirib.

Z.Adıgözəlov deyib ki, Azərbaycanın suverenliyinə qəsd edən, ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edərək sərhədlərimizi pozan, ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə nümayiş etdirərək təcavüzkar əməlləri ilə bunu təsdiqləyən, bir milyon qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayan, millətlərin bərabərliyi anlayışına hörmət etməyən, azərbaycanlıları, eyni zamanda, bütün türkləri düşmən kimi qəbul edən, beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirməyən, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və Baş Assambleyasının 48/11, 60/285, 62/243, AŞPA-nın 1059,1119, 1416, 1553, 2085, Avropa Parlamentinin 2216, 2315 saylı qətnamələrini və digər qərarlarını görməzlikdən gələn Ermənistana dövlətimizin başçısı, Ali Baş Komandanımız hərb və diplomatiya dərsi keçdi. Prezidentimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə həm də beynəlxalq hüququn kağız üzərində olan ədalətini əməldə təmin edir, beynəlxalq təşkilatların qərarlarını təkbaşına icra edir. Prezident İlham Əliyevin haqlı, strateji və məntiqli siyasəti həm də region xalqlarına sülh və əmin-amanlıq gətirəcək.

Loading...