Beyrut limanındakı güclü partlayışın səbəbi məlum oldu

Beyrut limanındakı güclü partlayışın səbəbi məlum oldu

"Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb". 

Axeber.az-ın məlumatına görə, bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə doldurulma dəliklərində qaynaq işləri aparılarkən limanda saxlanılan 2700 tondan çox ammonium nitrat duzunun partlaması baş verib”, - deyə xidmət rəhbəri bildirib.

A.İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib.

Livan prezidenti Mişel Nəim Aun isə ammonium nitrat maddəsinin 5 ildən artıq müddətdə limanda təhlükəsizlik qaydalarına əməl olunmadan saxlanılmasını “qəbuledilməz” adlandırıb və buna görə məsul şəxslərin ciddi cəzalandırılacağını vurğulayıb.

O da qeyd olunur ki, həmin maddələrin olduğu yük bir neçə il əvvəl qaçaqmalçılıq zamanı ələ keçirilib və məhv edilməsi üçün bu günədək limanda saxlanılıb.