Biləcəridəki qəzada 2 nəfər ölüb

Biləcəridəki qəzada 2 nəfər ölüb

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Axeber.az "Qafqazinfo"ya istinadən bildirir ki, qəza noyabrın 21-də saat 6 radələrində qeydə alınıb. 

Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub. Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.