Biləsuvarda çay evində yanğın

Biləsuvarda çay evində yanğın

Biləsuvar şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli çay evinin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Axeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.