Bir ailənin 3 üzvü qazdan zəhərləndi

Bir ailənin 3 üzvü qazdan zəhərləndi

Bərdə rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Axeber.az-ın “Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mirzə Fətəli Axundov küçəsində baş verib. 

Zəhra Məmmədova və qardaşı İlham Məmmədov, həmçinin Yeganə Məmmədova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdiriliblər. 

Onların vəziyyəti ağırdır.