Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət

Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət

Yevlaxda aprelin son günlərindən qaraçıların yaşadığı küçələrdə virusa yoluxma halları qeydə alınmağa başlayıb. İlk günlərdə hətta ailələrdə yoluxanların sayı 10-15 nəfərə çatıb. Həmin küçə sakinlərinin qaydalara məhəl qoymaması orda may ayında vəziyyəti daha da gərginləşdirib. İyunun ortalarından isə "Qaraçılar" məhəlləsində qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət stabilləşib.

Axeber.az oxu.az-a istinadən bildirir ki, Yevlax Gigiyena və Epidemologiya Mərkəzindən bildirilib ki, qaraçıların yaşadıqları ərazi tez-tez dezinfeksiya edilib, həmin küçələrə giriş-çıxış bağlanıb. Hətta onların şəhərə çıxıb, xəstəliyi yaymaması üçün səyyar bankomatlar quraşdırılıb, çörək və digər ərzaq mağazaları, apteklər açılıb. Bu tədbirlərdə isə öz nəticəsini verib, artıq "Qaraçılar" məhəlləsində virusa yoluxma qeydə alınmır. Polis postları da ərazidən yığışdırılıb.

Onu da qeyd edək ki, rayonda ümumi yoluxma faizi də aşağı düşüb. Bir sözlə qaydalara əməl olunması nəticəsiz qalmayıb.

Xatırladaq ki, may ayında həmin məhəllədə bir gündə 53 nəfər koronavirusa yoluxmuşdu.